AZ

“Çəkilişlərdə aktyora dönər, pirojki verirlər” - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva film və seriallara çəkilməməsindən danışıb.

 

Sfera.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.

 

Sənətçi rejissorlarla münasibətindən söz açıb:

 

“Bizim rejissorlar gəlib hələ mənim gözümə girsinlər, ondan sonra onların gözlərinə girərəm. Bizdə setin “Allahı” rejissordur. Bütün dünyada filmi prodüserlər, prodakşnlar, bizdə isə rejissorlar çəkirlər. Bizim yaxşı rejissorlarımız da var... Hamısını eyni tərəziyə qoymaq düzgün olmaz. Mənim çalışdığım rejissorlar özləri filmləri çəkirlər, özləri maliyyəni tapırlar. Bunun üçün biri avtomobilini, digəri evini satır. Amma yenə də problemin başı madiyyatdır. Aktyora film başına 500-1000 manat təklif etsən, o qonorarın qarşılığında “oynayacaq”. Keyfiyyət də - yəni filmi çəkəcəyin texnika, işçi heyəti də çox önəmlidir. Aktyorların setdəki rahatlığı çox önəmlidir. Setdə rejissordan sonra ikinci hörmət olunası insan aktyordur. Bəlkə də insanlar düşünürlər ki, mənə filmə çəkilməyə təkliflər gəlmir. Amma vallah gəlir. İndi telefonumu açsam, görə bilərsiniz orada neçə rejissor və film söhbətləri var. Neçəsindən imtina etmişəm. İki gün əvvəl bir filmə çəkilməyə imtina etdim. 

Seçilən
22
sfera.az

1Mənbələr