AZ

ABŞ prezidenti Rusiyaya uzaqmənzilli silahlarla hücum etməyə icazə verib

ABŞ prezidenti Co Bayden Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verib. Bu barədə ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols "O Globo” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanı danışıqlara meylləndirəcək.
 
Bundan əvvəl bildirilib ki, Ağ Evin Co Bayden dövründə Ukraynaya ayırdığı maliyyə və silah dəstəyi sənədlərdə göstərildiyi kimi Ukraynaya göndəriləcək. 
 
Noyabrın 5-də ABŞ-da prezident seçkilərində Tramp qalib gəlib. 
 
Yeni seçilən prezident bildirib ki, Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün yeni təkliflər hazırlanır. 
 
2022-ci ilin fevralından Rusiya ilə Ukrayna arasında müharibə davam edir. 
 
Gülnar 

www.anews.az
Seçilən
18
anews.az

1Mənbələr