AZ

Kral iqamətgahına oğrular girdi

Londonun qərbində Kral Çarlzın iqamətgahı olan Vindzor sarayına oğrular girib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, İngiltərə şahzadəsi Uilyam, həyat yoldaşı Keyt Middlton və üç uşağı yatarkən iki maskalı oğru saraya girib.

Oğurlanmış maşınlarla əraziyə daxil olan oğrular hər yerdə axtarışa verilib.

Belə ki, oktyabrın 13-də baş verən oğurluq hadisəsi Britaniya mətbuatında yayıldıqdan sonra rəsmi açıqlama verilib və polis oğurluğun oktyabr ayında baş verdiyini təsdiqləyib.

Britaniya polisinin açıqlamasına görə, oğrular kral mülkündən iki avtomobil oğurlayıblar.

Qeyd olunub ki, oğurluq sarayda olan silahlı polis əməkdaşları geri çəkildikdən sonra baş verib.

İstintaqın davam etdiyini qeyd edən səlahiyyətlilər, hadisə zamanı Kral Çarlz və xanımı Kraliça Kamillanın Vindzorda olmadığını bildirib.

Mina Mikayılova

Seçilən
7
bakivaxti.az

1Mənbələr