ABŞ prezidenti Co Bayden Rusiyanın dərinliklərinə uzaq məsafədən zərbələr endirməyə icazə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Braziliyanın “O Globo” qəzetinə müsahibəsində ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib.
O, bu qərarın Ukraynaya özünü müdafiə etmək üçün daha çox imkanlar verəcəyini və Vaşinqtonun fikrincə, Rusiyanı danışıqlara sövq edəcəyini vurğulayıb.
Ötən gün Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, ABŞ-ın Ukraynanın Rusiya ərazisinə dərinlikdə hücumlarına icazə verməsi beynəlxalq hüquqa uyğundur.