AZ

FHN-in regional mərkəzləri mülki müdafiə kursları keçirib

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Bu barədə hafta.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirlib ki, Gəncə Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, “İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Sanitar manqasının komandirləri”, Aran Regional Mərkəzi tərəfindən “İctimai asayişi mühafizəsi manqalarının komandirləri”, “Ümumtəhsil orta məktəbləri, kollec və peşə liseylərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, “Radiasiya və kimyadan mühafizə manqalarının komandirləri”, Cənub Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr”, “Qəza-texniki manqaların komandirləri”, Şimal Regional Mərkəzi tərəfindən “İctimai asayişi mühafizə manqalarının komandirləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Sanitar manqasının komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər. Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Seçilən
11
2
hafta.az

3Mənbələr