AZ

ABŞ hökuməti “Google”u parçalayır - Ədliyyə “Chrome”un satılmasını istəyir

ABŞ Ədliyyə Departamenti məhkəmədən “Alphabet”i (“Google”nin sahibidir - red.) “Chrome” brauzerini satmağa məcbur etməyi xahiş edəcək.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” yayıb.

 

Xatırladaq ki, avqustda Ədliyyə Departamentinin müraciəti əsasında məhkəmə “Google”un axtarış sistemləri bazarını qeyri-qanuni monopoliyaya almasına dair qərar çıxartmışdı. Bu dəfə Ədliyyə Departamenti dünyanın ən populyar veb brauzerinin satışına nail olmaq istəyir. Əgər məhkəmə bu dəfə də ədliyyənin istəyini təmin etsə, “Google”un reklam biznesi xeyli zəifləyəcək. Çünki “Chrome” brauzeri bu məsələdə “Google”a çox böyük imkanlar yaradır.

 

“Chrome” “Google” üçün başqa imkanlar da yaradır. Şirkət qeydiyyatdan keçmiş istifadəçilərin fəaliyyətini görə bilir, bu məlumatlardan gəlirinin əsas hissəsini təşkil edən tanıtımları daha yaxşı hədəfləmək üçün istifadə edir.

 

Qeyd edək ki, bəzi şərhlərə görə, ABŞ hökumətinin davranışı, əslində, “Google”nin parçalanmasına xidmət edir. Əgər bu baş verərsə, şirkət kiçiləcək. Halbuki, ilin əvvəlindən “Alphabet”in dəyəri təxminən 25 faiz artmışdı.

 

Vasif

Sfera.az

 

 

Seçilən
25
40
sfera.az

10Mənbələr