AZ

Hacı Zülfüqar Moskvada həbs edildi: Bakıya veriləcək?

Hacı Zülfüqar Mikayılzadənin Moskvada həbs edildiyi təsdiqlənib.

Axar.az xəbər verir ki, Rusiya mediası onun Moskvadan başqa şəhərə təyyarə ilə getmək istəyərkən saxlanıldığını yazıb. Bildirilir ki, o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Onun Azərbaycana ekstradisiya edilib-edilməməsinə Rusiya məhkəməsi qərar verəcək.

Qeyd edək ki, ötən gün Z.Mikayılzadənin həbs edilməsi xəbərini MOUZE Teleqram kanalı yaymışdı.

Seçilən
15
6
axar.az

7Mənbələr