AZ

376 milyon manatlıq geyim istehsal edilib - Rəqəmlərdə artım

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən 
məmulatların, ayaqqabıların istehsalı sahələrində 376,3 milyon  manat dəyərində məhsul istehsal edilib. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 3,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 0,2 faiz artım qeydə alınıb. 

Bununla yanaşı, toxuculuq sənayesində isə 4,8 faiz azalma müşahidə olunub.

Əvəz Həsənov

Seçilən
13
valyuta.az

1Mənbələr