AZ

207 mindən çox saxta əlilliyin QARŞISI ALINIB

Bu il Azərbaycanda 40 mindən çox əlillik təyinatı aparılıb.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin gələn ilin büdcə zərfinin müzakirəsi zamanı səsləndirilən suallara cavabında deyib.

 

"Uzun illər ərzində formalaşmış ənənə var. Deputatlar tərəfindən  yazılı müraciətlər ətraflı araşdırılır. Xahiş edirəm, fərdi müraciətlərlə bağlı yazılı müraciət edin. Onu da deyim ki, bu il 40 min şəxsə əlillik təyin edilib. Onlardan yarısı təkrar, yarısı ilkdir. Vətəndaşlar yerlərdə nazirliyə yox, tibb müəssisələrə müraciət edirlər. Tibbi müəsisələri yoxlayır, uyğun olduğu halda  "Forma 8" nazirliyə göndərilir", - o qeyd edib.

 

Nazirin sözlərinə görə, qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir: "Kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 2021-2022-ci illər ərzində 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısı alınıb".

Seçilən
19
1
modern.az

2Mənbələr