AZ

Türkiyədən İraq vətandaşları mindən çox daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında İraq vətəndaşlarıTürkiyədə min 11 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 722 obyekt azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin oktyabr ayında İraq vətəndaşlarıTürkiyədə 124 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabrayı ilə müqayisədə 10 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyədə 165 min 138mənzil satın alınıb ki, bu da 2023-cü ilin oktyabr ayı iləmüqayisədə 76,1 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədə1 milyon 112 min 374 mənzil satın alınıb ki, bu da 2023-cü ilineyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.

2024-cü ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min122 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə16,3 faiz azdır.

Bu ilin yanvar – oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən19 min 212 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü iləmüqayisədə 37,2 faiz azdır.

Məqalədə:
Seçilən
22
26
az.trend.az

10Mənbələr