AZ

Vlahoviç satıla bilər

“Yuventus” Duşan Vlahoviçi sata bilər. Serbiya yığmasının hücumçusu klubun yeni müqavilə təklifini qəbul etmədiyi üçün turinlilər belə qərar verib.

Futbolinfo.az xəbər verir ki, 2022-ci ilin yanvarında “Fiorentina”dan 83 milyon avroya transfer edilən forvardın müqaviləsi növbəti mövsümün sonunda bitəcək. “Yuventus” 24 yaşlı oyunçunu azad agent kimi itirməkdən ehtiyatlanır. Bu səbəbdən yaxşı müştəri tapan kimi onu satmağa çalışacaq.

Əsasən “Arsenal”ın maraq göstərdiyi Vlahoviçin elə bu qış yola salınması realdır. 90 milyon avro təklif edən londonlular oyunçunun maaşını artırmağı da vəd edib.

Seçilən
13
futbolinfo.az

1Mənbələr