AZ

Aİ ölkələri 2021-ci ildən müdafiə xərclərini 30% artırıb

Aİ ölkələri müdafiə xərclərini 2021-ci ildən etibarən 30% artıraraq 326 milyard avroya çatdırıb.

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

“Biz artıq müdafiə xərclərimizi Ukraynada münaqişənin başlanğıcı ilə müqayisədə 326 milyard avroya qədər artırmışıq”.

Onun sözlərinə görə, hazırda Aİ ölkələri müdafiəyə ÜDM-in orta hesabla 1,9%-ni xərcləyir.

 

Seçilən
29
operativmedia.az

1Mənbələr