AFFA “Mingəçevir” komandasının məşqçisi Namiq İbrahimlini sərt şəkildə cəzalandırıb.
QOL.az xəbər verir ki, bununla bağlı İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Mütəxəssis 1-ci Liqanın 8-ci turunda “Bakı Sportinq”lə oyununun 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə alıb. O, daha sonra hakimləri təhqir və təhdid edb. Buna görə də İntizam Komitəsi məşqçini 5 oyunluq cəzalandırıb.
Həmçinin “Mingəçevir” 400 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən görüşdə "Bakı Sportinq" "Mingəçevir"ə 2:1 hesabı ilə qalib gəlib.