AZ

“Neftçi” və “Turan Tovuz” cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

Seçilən
29
7
futbolpress.az

10Mənbələr