AZ

"Allah bizim əvəzimizə nə evlənənən, nə də boşanan deyil" - Seyran Səxavət

2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub. Belə ki, ölkədə evlənənlərin sayında azalma müşahidə olunub.     

Bəs buna səbəb nədir?                                                                                                                                   

Məsələylə bağlı Redaktor.az-a danışan yazıçı Seyran Səxavət bildirdi ki, gənclər evlənməmək üçün bəhanələr uydururlar. 

"Bu vəziyyət fakt olaraq ağırdır. Maddi, ev, ailə kimi məsələlər yan səbəblərdir. Düzdü, onların da təsiri var, amma bunların öhdəsindən gəlmək olar. Ancaq bəşəriyyət qocalır. Elə özümdən götürüm. Keçən əsrki mənlə, bu günki mən arasında çox fərq var. O Seyran Səxavət indikindən qat-qat insaflı idi. Yəni dünya da insan kimidir. Zaman keçdikcə, insanlar çox dəyişir. Hələ mən o vaxt demişdim ki, vaxt gələcək, ümumiyyətlə, ailə institutu olmayacaq. Elə küçə, bazar, park, ev, harada gəldi, adamlar görüşəcəklər. Gənclərin səbəb gətirdiyi maaş, ruzi, ev düzələndir. Əsas ortada istək olsun. Amma inanmıram ki, sevgi yoxdursa, düzələ. Çünki hər şeyi problem edirlər". 

Yazıçının sözlərinə görə, insanların hər hadisəni qisməti bağlaması yanlışdır.

"Bundan sonra vəziyyət bir az çətin həll olunar. Dünya qəddarlaşıb, müharibə, dava, qətliamlar baş alıb gedib. Beş günlük dünya üçün evlər dağılır, bombalanır, uşaqlar öldürülür. Vaxtilə bir suriyalı uşaq ölüm ayağında demişdi ki, gedirəm, amma Allaha hər şeyi danışacam. Mən inanıram ki, o uşaq gedib orada hər şeyi Allaha danışıb. Əslində belə kəlam var ki, Allah deyir, səndən hərəkət, məndən bərəkət. Allah bizim əvəzimizə nə gedib evlənənən deyil nə də boşanan. Buna görə münasibətlərdə biraz ağılla hərəkət etmək lazımdır ki, evin ruzisini Allah versin".

Türkan İSGƏNDƏRLİ

Seçilən
8
1
redaktor.az

2Mənbələr