"Müasir dövrdə informasiya həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnternet resursları bu sahədə mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev deyib: "İstər sosial şəbəkələr, istərsə də virtual ensiklopediyalar vasitəsilə məlumatın geniş auditoriyaya çatdırılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, "Vikipediya" virtual ensiklopediyası qlobal informasiya mübadiləsində uğurlu platformadır. O, ölkəmizin həqiqətləri, zəngin mədəniyyəti, tarixi irsi və görkəmli şəxsiyyətləri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında səmərəli resursdur. Bu sahədə "Qorqud" Vikipediya Metodik Klubunun könüllüləri uğurlu şəkildə fəaliyyətlərini davam etdirirlər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31