AZ

NATO ölkələri Rusiyaya zərbələr endirməyə özləri qərar verirlər - Rutte

NATO ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün silah istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-gətirməmək barədə müstəqil qərar qəbul edirlər.

Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən deyib.

"Nə edəcəyinə qərar vermək ayrı-ayrı müttəfiqlərin ixtiyarındadır. Mən müttəfiqlərin nə etməli olduğu barədə danışmayacağam" - baş katib qeyd edib.

Rutte həmçinin qeyd edib ki, Aİ müdafiə nazirlərinin görüşündə Ukraynaya yardımın artırılması məsələsi müzakirə olunacaq. 

Seçilən
18
ucnoqta.az

1Mənbələr