AZ

Deputat Zaqataladakı bəzi problemləri Milli Məclisdə səsləndirdi



"Təqdim olunmuş 2025-ci il dövlət büdcəsinə dair layihədən görünür ki, gələn il büdcənin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367 milyon manat nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsində iki əsas məsələ öz aktuallığını qoruyur. Bu ilk növbədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış konsepsiyasının həyata keçirilməsidir. Böyük qayıdış konsepsiyasının reallaşdırılması ilə bərabər dövlətimiz üçün növbəti prioritet məsələ əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Xüsusən də sosial həssas təbəqəyə aid olan əhalinin qayğılarının həlli məqsədi ilə dövlət tərəfindən bütün imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial-dəstək paketləri iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursunun həyata keçirilməsi, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb".

aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.


"Mən cənab Prezidentə Qarabağda quruculuq, abadlıq işlərinin aparıldığı zamanda, digər regionlarda da, o cümlədən Zaqatala rayonunda sosial və digər məsələlrin həllini diqqətdə saxladığına görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda hökümətin fəaliyyətinin və Hesablama Palatasının rəyinin çox dəyərli olduğunu bildirərək bir necə məsələyə dair qeydlərimi nəzərə çatdırmaq istərdim.

Zaqatala rayonunun böyük kəndlərindən olan Aşağı Tala və Yuxarı Talanın əsasən çınqıl və qara örtüklü olan yollarında xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanır. Hər iki kənddə 6 tam orta məktəb, 5 uşaq bağçası, 1 peşə məktəbi, 14 qəbirstanlıq (məzarlıq), 1 həkim məntəqəsi, mədəniyyət evi və kitabxana yerləşdiyi üçün sakinlər yağışlı-qarlı günlərdə gediş-gəlişdə çox əziyyət çəkirlər. Təxminən 30 ildən artıqdır ki, əsaslı təmir olunmayan və 9,2 km uzunluqda çəkilməsi nəzərdə tutulan yollardan gələcəkdə 16950 nəfər istifadə edəcək. Qeyd edim ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonunda dağılmış minlərlə fərdi yaşayış evi Ulu öndərimizin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində yenidən tikilərək əhalinin ixtiyarına verilmişdir. Zəlzələ nəticəsində qismən zərər dəymiş yaşayış evlərinin, mədəniyyət evinin, orta məktəblərin, uşaq bağçalarının tam bərpası və ya cari təmiri də aparılmışdır. Suvagil kəndi rayonun planlı şəkildə tikilmiş, müasir və abad, eyni zamanda Qax və Zaqatalanı birləşdirən kəndidir. Lakin qeyd etməliyəm ki, kəndin asfatlanmış mərkəzi yolları ağır tonlu nəqliyyat vasitələri tərəfindən bərbad hala salınmışdır və kəndin yollarının çox hissəsinin yenidən asfaltlanmasına ehtiyac duyulur. Avtomobil yollarının müasir səviyyədə yenidən qurulması əhalisinin əsasən əkinçilik, qoyunçuluq və maldarlıqla məşğul olduğu bu kəndin sakinlərinin sosial rifahlarının yüksəlmələrinə - yetişdirdikləri məhsulların rahat şəkildə bazarlara daşınmsına, kənd təsərrüfatının inkişafına birbaşa müsbət təsir edəcəkdir".

Deputat həmçinin bildirib ki, Zaqatala rayonunun kəndlərinin (Yeni Suvagil, Gözbarax, Mamrıx, Çobankol, Qımır, Bazar, Yuxarı Çardaxlar, Kəpənəkçi, Faldar, Qandax) mərhələli şəkildə qazlaşdırılması sosial rifahı yuxarı olmayan sakinlərin ağaclardan, o cümlədən meyvə ağaclarından yanacaq kimi istifadəsinin qarşısını alacaqdır ki, bu da öz növbəsinə ekoloji tarazlığın bərpa olunmsıma imkan verəcəkdir: "Digər bir məsələni - rayonun Kəpənəkçi kəndində şəhid Sərdar Kərimov adına tam orta məktəbin qəzalı vəziyyətdə olduğunu da diqqətinizə çatdırmaq istəyirəm. Məktəbin yenidən inşası burada təhsil alan şagirdlərin təhsil keyfiyyətinin yüksəlməsinə xidmət edəcəkdir.

Xüsusi qeyd etmək istərdim ki, millət vəkili olaraq irəli sürdüyümüz təkliflər seçicisi oldiuğumuz ərazi üzrə əhalinin daim müraciət etdikləri və həlli zəruri olan məsələlərdir. Bunlar yallnız hökumətin faydalı iş əmsalına, eləcə də dövlət siyasətinin əsas strateji vəzifələrindən biri olan sosial siyasətə, dövlət başçısının fəaliyyətinin ana xəttini təşkil edən vətəndaş rifahının təminatına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dəstək vermək məqsədi daşıyır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlə tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması təmin olunub".

aia.az



Seçilən
63
2
aia.az

3Mənbələr