AZ

Böyük FİNAL: Senator Baydenə ciddi XƏBƏRDARLIQ ETDİ

Prezident Co Baydenin Ukraynaya Amerika ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsi ABŞ Konstitusiyasına ziddir və dövləti III Dünya Müharibəsinə sürükləyir.

Publika.az xəbər verir ki, bunu ABŞ Senatının Kentukki ştatından olan nümayəndəsi Rand Paul deyib.

Senator bu Bayden administrasiyasına xəbərdarlığı “X” hesabında dərc edib.

“Baydenin sadəcə möhtəşəm finalı o getməzdən əvvəl hamımızı III Dünya Müharibəsinə sövq etməkdir. Bu, konstitusiyaya zidd qərardır”, - senator yazıb.

Siyasətçi əmindir ki, Ağ Ev Ukraynadakı münaqişədə vektoru dəyişdirməlidir və bu, danışıqlar masası arxasında bitməlidir.

Seçilən
31
1
paytaxt.org

2Mənbələr