AZ

Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı üzrə türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir - Məcnun Məmmədov

Bakı. Trend:

Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafısahəsində türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədəfəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsiüzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Bu tərəfdaşlığın əsas məqsədi ən yaxşı təcrübələrin vətexnologiyaların mübadiləsini təmin etməkdir. Təbii ki, hökumətləyanaşı, biznes də bu prosesdə mühüm rol oynayır. Biz butəşəbbüsləri biznes ictimaiyyəti ilə əməkdaşlıq şəklində həyatakeçirməyi planlaşdırırıq.

Bu baxımdan tərəfdaş ölkələrin bizneslərini Qarabağ və ŞərqiZəngəzurda investisiya perspektivlərini araşdırmağa dəvət edirəm.Biz gözləyirik ki, biznes ictimaiyyəti möhkəm tərəfdaşlıq əlaqələriquracaq və azad edilmiş ərazilərdə qabaqcıl təcrübə vətexnologiyaları tətbiq edəcək", - deyə nazir bildirib.

M. Məmmədov qeyd edib ki, Azərbaycanın azad edilmişərazilərində, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa vəyenidənqurma işləri aparılır. Bu torpaqlarda 128 mindən çox hektarkənd təsərrüfatı ərazisi bərpa olunub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr