AZ

Sinqapur iqlim layihələri üçün vəsait ayırmağa hazırdır - Nazir

Bakı. Trend:

Sinqapur FAST-P (Asiyanın Keçid MaliyyələşdirilməsiTərəfdaşlığı) proqramı çərçivəsində iqlim layihələri üçün 500milyon ABŞ dollarına qədər vəsait ayırmağa hazırdır.

Trend xəbər verir ki, bunuSinqapurun dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi naziriQreys Fu COP29 sammitində milli bəyanatla çıxışı zamanıbildirib.

"Bu vəsait dövlət, özəl və xeyriyyə mənbələrindən əlavə güzəştlikapital cəlb etmək üçün istifadə olunacaq. Bu, yaşıl və keçidlayihələrinə özəl investisiyaların artırılmasında mühüm katalizatorolacaq", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Sinqapur alternativ enerji sahəsindəməhdudiyyətlərə baxmayaraq, 2019-cu ildən bəri günəş enerjisinintətbiqini beş dəfə artırıb. Ölkə iqtisadiyyatın bütün sahələrində,o cümlədən sənaye və nəqliyyatda enerji səmərəliliyinin artırılmasıüzərində fəal işləyir.

"İqlim dəyişikliyi sərhəd tanımır və qlobal hədəflərə nail olmaqüçün transsərhəd əməkdaşlıq zəruridir. Biz ASEAN elektrik təchizatışəbəkəsinin yaradılması üzrə qonşularımızla fəal əməkdaşlıq edirik.Bu şəbəkə regionumuzun enerji keçidində əsas rol oynayır", - deyə oəlavə edib.

Nazirin sözlərinə görə, qlobal səviyyədə Sinqapur aşağı karbonluyanacaqdan istifadəni tətbiq etməklə, dəniz daşımaları sahəsindədekarbonizasiya səylərini gücləndirərək dünyanın digər limanlarıilə əməkdaşlıq edir. Ölkə, həmçinin, Sinqapur Əməkdaşlıq Proqramıvə iqlim araşdırmaları vasitəsilə iqlim adaptasiyası və təsirlərinazaldılması sahəsində bilik və imkanların inkişafına töhfəverir.

"Biz, həmçinin, effektiv karbon bazarının yaradılması üzərindətərəfdaşlarla işləyirik. Bu, Paris Sazişinin 6-cı maddəsi üzrədanışıqlara dəstək verilməsini və yüksək keyfiyyətli karbonkreditlərinin axınının təmin edilməsini əhatə edir", - deyə QreysFu vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr