AZ

Ölkəmizdə bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır- ÖZƏL

"Azərbaycanda dayanıqlı əsaslara söykənən birlik əldə olunub. Bu, müxtəlif millətlərin, dinlərin, siyasi təsisatların birliyidir".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib: "Ölkəmizdə bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin bir nümunəsidir. Bu, həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
olaylar.az

1Mənbələr