AZ

"AFFA-dan adi forma xahiş etdik, onu belə, vermədilər"

Bildiyiniz kimi, ötən həftə Tovuzda "Turan"la "Kəpəz" veteranları arasında "Turan"ın avrokuboklardakı çıxışının 30 illiyi şərəfinə yoldaşlıq görüşü təşkil olunub.

Sportal.az "rekord"a istinadən xəbər verir ki, tədbirdə AFFA-dan heç kimin olmaması diqqət çəkdi. Məsələ ilə bağlı tədbirin təşkilat komitəsinin sədri, "Turan"ın sabiq vitse-prezidenti Yaşar Sultanovun fikirlərini öyrəndik. Yaşar bəy sualımızı belə cavablandırdı:

"Açığı hələ yayda bu ideya ağlımıza gələndə düşünürdük ki, Gənclər və İdman Nazirliyindən, eləcə də AFFA-dan da diqqət olar. Çünki bu oyun Azərbaycan futbolunun tarixi idi. Lakin təəssüf ki, heç bir diqqət, dəstək olmadı. Heç tədbirdə iştirak da etmədilər. Hətta veteran futbolçu Oqtay Abdullayevin vasitəsi ilə AFFA-dan xahiş etdik ki, heç olmasa, bu oyun üçün forma məsələsində dəstək olsunlar, amma onu belə, vermədilər".

 

saytlarin hazirlanmasi

Seçilən
16
sportal.az

1Mənbələr