AZ

Gürcüstanda hakim partiya müxalifətlə bağlı mövqeyini açıqladı

Gürcüstan hakimiyyəti 2020-ci il parlament seçkilərindən fərqli olaraq müxalifətdən parlamentə gəlməsi tələb etməyəcək.

News24.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.

“Mən sizə zəmanət verirəm ki, bizim tərəfimizdən heç bir xahiş və ya müraciət olmayacaq, bu, heç maraqlı deyil, qoy istədiklərini etsinlər”, - Mdinaradze bildirib.

Qeyd edək ki, 2020-ci ildə parlament seçkilərindən sonra müxalifət səsvermənin nəticələrini tanımaqdan imtina edib və yeni parlamentin işini boykot etdiyini bəyan edib. Boykot bir neçə ay davam edib, bundan sonra müxalifət nəhayət qanunverici orqana daxil olub və işə başlayıb.

Gürcüstanda cari parlament seçkiləri oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü arzusu” - Demokratik Gürcüstan Partiyası 53,93% səslə qalib gələrək qanunverici orqanda 150 yerdən 89-unu qazanıb. Digər partiyaların səs və mandate bölgüsü belə olub: “Dəyişiklik Koalisiyası” (11,03% səs, 19 mandat), “Birlik – Milli Hərəkat” (10,17% səs, 16 mandat), “Güclü Gürcüstan” (8,81% səs, 14 mandat), “Gürcüstan üçün Qaxariya” ” (7,78% səs, 12 mandat).

Aynurə

Seçilən
18
news24.az

1Mənbələr