AZ

Banqladeş Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinanın həbsinə order verdi


Banqladeş Beynəlxalq Cinayət Tribunalı keçmiş baş nazir Şeyx Hasinanın soyqırımı və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat verib.
Məlumata görə, hakimiyyət istintaq orqanlarına dekabrın 17-dək Şeyx Hasina və ölkənin keçmiş hökumətinin 13 naziri, onların müşavirləri və siyasətçilərinin işinin istintaqını başa çatdırmağı əmr edib.
“Keçmiş baş nazir vəzifədə olduğu son 16,5 il ərzində ölkədə törədilən çoxsaylı qətllər, soyqırım aktları və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”, - Banqladeşin baş prokuroru Məhəmməd Tacul İslam qeyd edib.
O, Şeyx Hasinanın Banqladeşdən qaçdığını və Hindistanda olduğunu xatırladıb.
“Hindistanla cinayətkarların ekstradisiyası ilə bağlı ikitərəfli razılaşmaya uyğun olaraq onun vətəninə qayıtmasını tələb edəcəyik”, - Tacul İslam bildirib.
Banqladeşin müvəqqəti Nazirlər Kabinetinin rəhbəri Məhəmməd Yunus hakimiyyətin Şeyx Hasinanın məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə hazır olduğunu təsdiqləyib.
“Devrilmiş baş nazir Hindistanda siyasətlə məşğul olmaqda davam edir. Biz onun vətəninə qayıtması üçün yollar axtarmağa davam edəcəyik”, - Yunus “The Hindu”ya müsahibəsində deyib.
Onun hesablamalarına görə, iyul və avqust aylarında Banqladeşdə baş verən etirazlar və iğtişaşlar nəticəsində 1,5 minə yaxın insan həlak olub, 19,9 mindən çox insan yaralanıb.
Seçilən
14
1
yeniavaz.com

2Mənbələr