AZ

Vaşinqton İrəvandan UZAQLAŞIR? – “Trampın Paşinyanla məsafəli davrana bilər”

“Bu amilləri nəzərə alanda, Trampın Ermənistan Baş naziri Nikol Paşinyanla və bütövlükdə, Ermənistan hökuməti ilə daha məsafəli davranacağını demək mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin yenidən prezidenti seçilən Donald Trampın Ermənistanla münasibətləri necə quracağından danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, ABŞ siyasətinə erməni lobbisinin güclü təsir imkanları mövcuddur:

“Biz nə qədər bu faktı görməzdən gəlsək də. həqiqət belədir. İstər respublikaçıların, istərsə də demokratların hakimiyyəti dövründə erməni lobbisinin ABŞ siyasətinə təsir imkanları zəifləyəcək desək, obyektiv gerçəkliyi görməzdən gəlmiş olarıq”.

“Tramp demokratlardan fərqli olaraq, siyasi xəttində həmişə fərqli mövqelər nümayiş etdirib. Trampın birinci prezidentliyi dövründə xarici siyasət kursunda dağınıq və xaotik mövqe olmayıb. Əlavə olaraq, qeyd etmək lazımdır ki, Trampın yeni hakimiyyəti dövründə də Ermənistan və bütövlükdə, Cənubi Qafqaza yanaşmada daha fərqli və sakit mövqe nümayiş etdiriləcək. Bu amilləri nəzərə alanda, Trampın Ermənistan Baş naziri Nikol Paşinyanla və bütövlükdə, Ermənistan hökuməti ilə daha məsafəli davranacağını demək mümkündür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
12
yenicag.az

1Mənbələr