AZ

Putin yenilənmiş nüvə doktrinasını təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin yenilənmiş nüvə doktrinasını təsdiq edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, əsas prioritet potensial düşməni Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzdən çəkindirməkdir: “Rusiya, həmçinin kütləvi qırğın silahlarından istifadəyə görə nüvə cavabı hüququnu özündə saxlayır”.

Eyni zamanda, sərəncamda qeyd olunub ki, Rusiya və onun müttəfiqlərinə qarşı qeyri-nüvə dövləti tərəfindən nüvə dəstəyi ilə təcavüz birgə hücum kimi qiymətləndiriləcək. 

Bununla yanaşı, nüvə silahından istifadə ilə bağlı istənilən qərar Rusiya prezidenti tərəfindən veriləcək. 

Sənəd bu gündən qüvvəyə minir. 

Onu da qeyd edək ki, Putin nüvə doktrinasına dəyişikliklər edilməsini sentyabrın 25-də təklif etmişdi.

Seçilən
22
50
qafqazinfo.az

10Mənbələr