AZ

Arakçıdan çağırış: Müharibəyə hazır olun!

İranın xarici işlər naziri Abbas Arakçı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşdə düşmənə gücünü göstərmək üçün böyük silahlı münaqişəyə hazırlaşmağa çağırıb.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb

XİN başçısı bildirib ki, müharibəyə hazır olmaq onun baş verməsinin qarşısını alır:

"Əgər onun başlanmasının qarşısını almaq istəyirsinizsə, öz gücünüzü göstərməli və müharibəyə, müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Əgər qarşıdurmaya hazır olmadığınızı göstərərək ən kiçik zəiflik nümayiş etdirsəniz, müharibəyə vadar ediləcəksiniz".

Seçilən
14
6
axar.az

8Mənbələr