Millətlər Liqasının 1/4 finalçıları bəlli oldu
UEFA Millətlər Liqasının 2024/25 mövsümündə 1/4 finala yüksələcək 8 komanda bəlli olub. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Oktyabrdakı matçlardan sonra Almaniya və İspaniya son səkkizliyi təmin etmişdilər. 5-ci oyun günündə iki keçmiş qalib Portuqaliya və Fransa İtaliya və Hollandiya ilə birlikdə yerlərini tutublar. Xorvatiya və Danimarka isə son matçlarda 1/4 finala vəsiqə qazanıb. Noyabrın 22-də İsveçrənin Nyon şəhərində keçiriləcək seçmə mərhələ və pley-off mərhələsinin püşkatma mərasimində 1/4 final oyunları müəyyənləşəcək. Qrup qalibləri: Fransa, Almaniya, Portuqaliya, İspaniya
Qrup ikinciləri isə Xorvatiya, Danimarka, İtaliya, Hollandiyadır.