AZ

Əqli Mülkiyyət Agentliyi ÜƏMT nümayəndə heyəti ilə “yaşıl” gələcəyin təmin olunmasında əqli mülkiyyətin əhəmiyyətini müzakirə edib (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Bakıda davam etməkdə olan BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasında (COP29) iştirak edən Ümumdünya Əqli MülkiyyətTəşkilatının (ÜƏMT) Baş direktorunun köməkçisi, Qlobal məsələlər vətərəfdaşlıq sektorunun rəhbəri cənab Edvard Kvakvanın rəhbərliketdiyi nümayandə heyəti ilə Azərbaycan Respublikasının ƏqliMülkiyyət Agentliyində işgüzar görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumatyayıb.

Bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovqonaqları salamlayaraq “yaşıl” gələcəyin təmin olunmasındainnovasiyaların aparıcı rolu və bu sahədə əqli mülkiyyətinəhəmiyyəti barədə danışıb. Qeyd edib ki, ÜƏMT nümayəndələrininuğurla davam edən COP29-da iştirakı bu beynəlxalq qurumunbeləqlobal tədbirə böyük diqqətinin göstəricisidir.

Agentliyin rəhbəri xüsusi olaraq vurğulayıb ki, AzərbaycanPrezidenti İlham Əliyevin COP29 iştirakçıları qarşısında etdiyidərin məzmunlu çıxışlar əqli mülkiyyət yaradıcılarını da “yaşıl”gələcəyin qurulmasında fəal iştirak etməyə həvəsləndirir. O,bildirib ki, gələcəyimizin nə qədər “yaşıl” olacağı bizim hərbirimizin iradəsindən, məsuliyyətindən, qəbul etdiyimiz qərarlardanasılı olacaq.

Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq,insan cəmiyyətinin “yaşıl” gələcək yaratmağa qadir olduğunu qeydedən K.İmanov sözünə davam edərək deyib ki, Azərbaycanda “yaşılpatent”lərə dair iddia sənədlərinin ekspertizasının daha dasürətləndirilməsi barədə Agentliyin aidiyyəti struktur bölmələrinəvə tabeliyindəki quruma müvafiq tapşırıqlar verilib. O, xüsusiolaraq Prezident İlham Əliyevin uzaqgörənliyi ilə əqli mülkiyyətsahəsində konseptual və institusional islahatlar aparıldığını və buislahatlar çərçivəsində uğurlu və unikal idarəetmə modelininyaradıldığını xüsusi olaraq diqqətə çatdırıb. Bildirib ki,ÜƏMTtərəfindən dünya üzrə 204 ofis arasından 15 ölkənin mükəmməlidarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olanəqli mülkiyyət ofisləri sırasına Azərbaycan Əqli MülkiyyətAgentliyi də daxil edilib. Azərbaycan təcrübəsinə MDB məkanındaböyük maraq göstərilir və bu istiqamətdə fəal iş aparılır.

İnfrastrukturun təkmilləşdirilməsi və institusionaldəyişikliklər sırasında Agentlikdə sənaye mülkiyyəti obyektlərininpatentləşdirilməsi və qeydiyyatı üçün iddia sənədlərinin qəbulu24/7 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə NişanlarınaAçıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyatakeçirilir. Bu barədə qonaqlara geniş məlumat verən K.İmanovbildirib ki, PƏNAH sistemi sənaye mülkiyyəti obyektlərininqeydiyyatı və patentləşdirilməsi sahəsində göstərilən xidmətlərinkeyfiyyətinin, habelə ixtira və patent fəallığının artmasına müsbəttəsir göstərir. Məlumat verilib ki, bu sistem vasitəsi ilə tətbiqedilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq”prinsipi açıqlığı, operativliyi və şəffaflığı təmin etmiş, əqlimülkiyyət üzrə göstərilən dövlət xidmətlərinin səmərəsini vəsəviyyəsini artırıb.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Sənaye MülkiyyətiObyektlərinin Açıq Reyestrlərinin yaradılması, MDB məkanında vəŞərqi Avropa ölkələrində ilk dəfə 2003-cü ildə Azərbaycanda folklornümunələrinin hüquqi qorunması haqqında qanunun qəbul edildiyibarədə də qonaqları məlumatlandırıb

ÜƏMT-nin Baş direktorunun köməkçisi, Qlobal məsələlər vətərəfdaşlıq sektorunun rəhbəri cənab Edvard Kvakva səmimi görüşəgörə minnətdarlıq edərək, rəhbərlik etdiyi nümayəndə heyətininCOP29-da iştirakından son dərəcə məmnun qaldıqlarını bildirib.Tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyən ÜƏMT-ninnümayəndə heyətinin rəhbəri Azərbaycanın Ümumdünya Əqli MülkiyyətTəşkilatının tədbirlərində fəal iştirakı, ÜƏMT-nın Müəlliflikhüququna dair Müqaviləsi Assambleyasının və Ədəbi və bədiiəsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasınınrəhbərliyində təmsil edildiyi barədə məlumatlı olduğunu vurğulayıb.Azərbaycanın müəlliflik hüquqları və sənaye mülkiyyəti hüquqlarınınbir çətir altında formalaşaraq vahid ofis kimi fəaliyyətgöstərməsini isə uğurlu təcrübə kimi qiymətləndirmiş və öznövbəsində belə bir təcrübənin geniş yayılması barədə təşkilatınrəhbərliyi ilə öz fikirlərini bölüşəcəyini bildirib. O, həmçinin K.İmanovun “yaşıl patent”lərlə bağlı fikirlərini böyük maraqlaqarşılamış və bu təcrübəyə hələ heç bir ölkədə rast gəlmədiyinideyib.

Cənab Kvakva Agentliyin strukturunda Əqli MülkiyyyətHüquqlarının Təminatı Mərkəzinin fəaliyyət göstərməsini maraqlaqarşılamış və rəhbərlik etdiyi bölmənin bu qurumla əməkdaşlıqedəcəyini bildirib.

Sonra o, “WIPO Green” platforması çərçivəsində COP29-da təqdimolunacaq “Yaşıl Texnologiya Kitabı”nın yeni nəşrini Kamran İmanovatəqdim edib. Kitabda enerji texnologiyalarına xüsusi diqqətyetirilib.

Cənab Kvakva Azərbaycanda keçirilən COP29-la bağlı yüksəktəşkilatçılığı və peşəkarlığı, həm də əqli mülkiyyət sahəsinə aidmövcud görüşdən böyük məmnunluğunu dilə gətirərək ÜƏMT-nin Başdirektorunun Bakıya nəzərdə tutulan səfərinin tezləşdirməsiniməsləhət görəcəyini deyib.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və əqlimülkiyyətin inkişafı sahəsində digər məsələlər də müzakirəolunub.

Nümayəndə heyətinin üzvü, ÜƏMT-nin Xarici əlaqələr şöbəsininməsləhətçisi cənab Ryszard Frelek görüşdə iştirak edib.

Əqli
Əqli
Əqli
Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr