AZ

BMT-nin baş katibi: "Yaxın Şərqdə nüvəsiz zona yaradılmalıdır"

"Nüvəsiz zonaların yaradılması Yaxın Şərqdə və bütün dünyada insanlar üçün daha dinc gələcək qurmaq üçün mühüm əhəmiyyət kəsb edir".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Nüvə Silahlarından və Digər Kütləvi Qırğın Silahlarından Azad Zonanın yaradılması üzrə Konfransın beşinci sessiyasına videomüraciətində BMT-nin baş katibi Antonio Quterreş bildirib.

BMT-nin rəhbəri beynəlxalq ictimaiyyəti dərhal atəşkəs, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi və iki xalq üçün iki dövlət prinsipi əsasında münaqişənin həllinə başlanması üçün səyləri səfərbər etməyə çağırıb:

"Yaxın Şərqdə və bütün dünyada həqiqi və davamlı təhlükəsizlik bizim tərksilahla bağlı məqsədlərimizi davam etdirməyimizdən asılıdır. Sentyabrda qəbul edilmiş "Gələcək üçün Pakt" nüvə, kimyəvi və bioloji silahlardan azad bir dünyaya nail olmaq üçün yeni qlobal öhdəliyi ehtiva edir. Bu məqsədlə Yaxın Şərqdə nüvəsiz zona yaradılmalıdır".

Gülşən Şərif

Seçilən
7
bakivaxti.az

1Mənbələr