AZ

"Kartdan karta" üsulu ilə işləyən daha 200 sahibkara maliyyə sanksiyası tətbiq edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndəticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminaldeyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarınınaradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davametdirir.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, son günlər ərzində Bakışəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək beləobyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanunpozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyalarıtətbiq olunub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim olunmalıdır.

Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödənişetmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşavəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruzqalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadənitəmin etməlidirlər.

Seçilən
33
az.trend.az

1Mənbələr