AZ

Ölkəmiz dünya məkanında öz layiqli yerini tutub - ÖZƏL

"Ulu Öndərin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub".



"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib:

"Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti YAP-ın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyanın sıralarında 730 min nəfərdən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq dövlət başçısının ətrafında sıx birləşmişik. Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər yolu ilə YAP üzvləri inamla addımlayır. Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr