AZ

MM-in komitə sədri: Büdcədə hərbi potensialın gücləndirilməsi ən mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulub

Gələn ilin əsas xərcləri arasında ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində ən mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Arzu Nağıyev deyib ki, qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur: “Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı məsələlər də layihədə nəzərə alınıb. Eyni zamanda kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2025-ci ilin dövlət büdcəsində 15,0 milyon manat, 20 il və daha çox xidmət etmiş , işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması zəruri xərclərin maliyyə təminati üçün 35,0 milyon manat məbləğində vəsaitin nəzərdə tutulması da müsbət haldır”.

Seçilən
21
2
apa.az

3Mənbələr