AZ

G20 sammitinə qatılan prezidentin halı pisləşdi

Rio-de-Janeyroda keçirilən G20 sammiti zamanı Paraqvay prezidenti Santyaqo Penyanın vəziyyəti pisləşib və o, xəstəxanaya aparılıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, siyasətçi G20 sammiti zamanı ürək nahiyəsində ağrı hiss edib, o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Vitse-prezident Pedro Alliance sosial şəbəkədə bildirib ki, Penya hazırda özünü yaxşı hiss edir: "Hazırda Rio-de-Janeyroda xəstəxanada olan prezidentlə danışdım. Onun vəziyyəti yaxşıdır və analizlərin nəticələrini gözləyir". 

Ağarza Elçinoğlu 

Seçilən
42
3
unikal.az

4Mənbələr