Bakı. Trend:
İqlim fəlakətləri daha şiddətli, daha gözlənilməz və dahaölümcül olur.
Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyası (UNFCCC) proqramların idarəsi üzrə başdirektoru Daniele Violetti “COP29-da uyğunlaşma fəaliyyətininsürətləndirilməsi: milli uyğunlaşma planlarının formalaşdırılmasıvə həyata keçirilməsi üzrə irəliləyiş” adlı iclasda çıxışı zamanıdeyib.
O qeyd edib ki, təkcə 2023-cü ildə fəlakətlər ABŞ-yə 95 milyarddollardan çox ziyan vurdu.
“Biz, həmçinin, hərəkətsizliyin, tədarük zəncirlərininpozulmasının, ərzaq qiymətlərinin artan qiymətini gördük. Dünyauyğunlaşmalıdır. Biz bu konfransda milli uyğunlaşma planlarınınyerində, yaxşı maliyyələşdirildiyi və tam həyata keçirildiyindənəmin olmaq, həyatları və dolanışıq vasitələrini qorumaq üçündəyişiklik etmək mövqeyində olanlarıq.
Biz əlimizdə olan hər bir resursdan istifadə etməliyik vəəlimizdə olan ilk resurs artıq kollektiv şəkildə topladığımızbiliklərdir. Biz insanlara dünyanı yaxşılığa çevirmək üçün gücverməliyik. Adaptasiya transformasiyadır”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.