Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq iqlim konfransıçərçivəsində iqlim dəyişikliyi və bununla bağlı mübarizətədbirləri, iqlimə dayanıqlı kənd təsərrüfatı sistemininyaradılması məsələlərinin müzakirəsi davam etdirilir. COP29çərçivəsində “Mavi zona”da bu dəfə “Qlobal Məqsədlərdən YerliFəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regionaltəşəbbüslər” mövzusunda panel müzakirə keçirilib.
Trendxəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumatyayıb.
Bildirilib ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziriMəcnun Məmmədov bildirib ki, indiyədək iqlim dəyişikliyi vəmübarizə tədbirləri ilə bağlı irəli sürülən müxtəlif təşəbbüslərdənbəziləri regional maraq və siyasətlərə uyğunlaşdırılıb. İqlimdəyişikliyinə qarşı mübarizə ilə bağlı koordinasiyalı fəaliyyətüçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsiistiqamətində addımlar atılmalıdır. Biomüxtəlifliyin itirilməsi,iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının bütündünyada olduğu kimi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinaqro-ərzaq sistemlərinə mənfi təsir etdiyini deyən nazir bildiribki, bu tədbir çərçivəsində iqlimə davamlı kəndlər üzrə forumunyaradılması elan ediləcək. Bu təşəbbüs ölkələrimizin kəndyerlərinin inkişafı siyasətinə müsbət təsir göstərəcək və kəndəhalisinin rifahını asanlaşdıracaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyükyenidənqurma və bərpa işlərinin aparıldığını xatırladan nazir buərazilərdə kənd yerlərinin inkişafı üçün ağıllı şəhər və ağıllıkənd konsepsiyasından istifadə edildiyini qeyd edib və bütüntərəfdaş dövlətlərin müəssisələrini Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarına investisiya yatırmağa çağırıb.
TDT Baş katibinin müavini Sədi Cəfərov təşkilata üzv ölkələriniqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilənislahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu barədətədbir iştirakçılarına ətraflı məlumat verib. TDT rəsmisi kəndtəsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu,ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruritədbirlərin həyata keçirildiyini, iqlim dəyişikliyinin təsirlərininazaldılması, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsiüçün əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeydedib.
Qırğızıstanın Su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesinazirinin müavini Mirbek Duyşeyev ölkəsinin quraqlıqdan əziyyətçəkdiyini, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə mənfitəsirlərinin artığını qeyd edib. O, iqlim fəaliyyətinin daha dagücləndirilməsini nəzərdə tutan təşəbbüsləri dəstəklədiklərini vəbu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunuvurğulayıb.
Tədbir çərçivəsində “İqlimə Davamlı Kəndlər Forumununyaradılması barədə” birgə bəyanat imzalanıb.
Sənəd kənd yerlərinin inkişafı, ağıllı kənd təşəbbüsləri,davamlı və iqlimə davamlı kənd layihələri ilə bağlı ən yaxşıtəcrübələri bölüşülməsi, iqlim uyğunlaşması, regionların üzləşdiyiçətinliklərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimədaha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlımütəmadi təcrübə mübadiləsinin aparılmasını, iqlim-ağıllı kəndtəsərrüfatı, davamlı torpaq idarəçiliyi, suyun mühafizəsi, bərpaolunan enerjinin qəbulu, fəlakət riskinin azaldılması ilə bağlıstrategiyaların hazırlanmasını nəzərdə tutur.
Panel müzakirədə çıxış edən yerli və xarici mütəxəssislər iqlimədavamlı aqro-ərzaq sistemlərinin qurulması, aqro-ərzaq sisteminintransformasiyası, qlobal iqlim fəaliyyəti barədə öz fikirlərinibölüşüblər. Tədbirin sonunda iştirakçıların suallarıcavablandırılıb, iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirləribarədə fikir mübadiləsi aparılıb.