AZ

YAP Azərbaycanın qazandığı uğurlara öz layiqli töhfəsini verib- ÖZƏL

"Yeni Azərbaycan Partiyası yarandığı gündən aparıcı siyasi qüvvə kimi Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə layiqli qələbə qazanıb. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. 2021-ci ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. YAP-ın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Birinci xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb", Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Hər şeydən əvvəl bu partiya öz gücünü xalqın dəstəyindən aldığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr