ABŞ-nın xüsusi nümayəndəsi Amos Hoxsteinin atəşkəs danışıqları üçün Beyrut və Təl-Əvivə səfərinin başladığı bir vaxtda “Hizbullah” İsrailin paytaxtının ətrafına pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edib.
Reyting.az xəbər verir ki, Livan sərhədinə yaxın şimal şəhərlərində qırmızı həyəcan siqnalı səslənib.
Məlumata görə, bu məhəllədə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın əsas qərargahı və ordunun kəşfiyyat bölməsinin qərargahı yerləşir.
İsrail ordusu “Hizbullah”ın ölkənin mərkəzi hissəsinə 5 raket, şimal bölgəsinə isə 10 raket atdığını açıqlayıb. Daha sonra bu rəqəmin 25-ə yüksəldiyi qeyd edilib.
Bir müddət səssizlikdən sonra “Hizbullah” raketlərinin paytaxt Təl-Əviv və şimaldakı Karmieldəki bəzi binaları vurduğu ortaya çıxıb. Yaralılardan dördünün Təl-Əviv bölgəsində, birinin isə Karmieldə olduğu bildirilir.
Eyni zamanda “Hizbullah”ın axşam saatlarında Təl-Əvivin şərqindəki Ramat Qanda atılan “FƏTH 110” raketinin vurduğu zərərin miqyası səhər saatlarında aydın olub.Ramat Qanda bir sıra binaların vurulduğu ortaya çıxıb, Lüvanlı qrup isə Tel Haim hərbi bazasını hədəf alıb. Qeyd olunur ki, Tel Haim bazası Livan sərhədindən 120 kilometr uzaqlıqda yerləşir.