AZ

Britaniyadan Rusiya ilə bağlı yeni sanksiya

Böyük Britaniya Xəzinədarlığının yenilənmiş sanksiya siyahısına əsasən, Rusiya gənclərinin vətənpərvər təşkilatlarına və onların rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, düzəliş edilmiş sənədə Ümumrusiya Gənc Ordusu Hərbi Vətənpərvərlik İctimai Hərəkatı (Yunarmia), eləcə də Moskva vilayətinin Odintsovo şəhərində yerləşən vətənpərvərlik tərbiyəsi ilə məşğul olan “Avanqard” tədris-metodiki təşkilatı daxildir.

Böyük Britaniya Yunarmiyanın baş qərargah rəisi Nikita Naqornıya da sanksiya tətbiq edib.

Sanksiyaya məruz qalan qurum və fiziki şəxslərin bütün bank hesabları Böyük Britaniyada aşkar edilərsə, dondurulacaq. Qara siyahıda olan şəxslərin ölkəyə girişi qadağan edilib.

Seçilən
11
nocomment.az

1Mənbələr