AZ

Peskov: “Rusiya ilə Hindistan arasındakı çətinliklər ABŞ-ın təzyiqləri ilə bağlıdır”

Rusiya Prezidenti aparatının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya-Hindistan münasibətlərindəki çətinliklər Vaşinqtonun təzyiqləri səbəbindən yaranır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Peskovun sözlərinə görə, Birləşmiş Ştatlar Hindistan hökumətinə təzyiq göstərir. Hansı ki, dünya iqtisadiyyatı çərçivəsində bu təzyiqə davam gətirmək asan deyil.

“Biz hindistanlı dostlarımızla birlikdə, şirkətlərimizin, hindistanlı və rus şirkətlərinin maraqları naminə, bu qeyri-legitim təzyiqi aşmağın yollarını axtarmağa hazırıq”, — deyə Kreml nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Peskov bildirmişdi ki, Hindistan hökuməti Ukrayna ilə bağlı məlumatları birbaşa mənbələrdən alır.

Hindistan Xarici İşlər naziri Subramanyam Jaishankar isə dünya nizamının Ukrayna münaqişəsi səbəbindən tükəndiyini qeyd etmişdi.

Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr