Futbol üzrə UEFA Millətlər Liqasının 6-cı turunda Lixtenşteyn yığması ilə səfər oyunu San Marino millisi üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 3:1 hesablı qələbə qazanmış San Marino yığması tarixi uğura imza atmış olub.
Belə ki, San Marino yığması tarixində ilk dəfə rəqib qapısına üç qol vura bilib.
Əvvəllər San Marinonun bir nömrəli komandası yalnız yoldaşlıq görüşlərində iki qol vura bilmişdi. 2003-cü ildə bu komanda elə, Lixtenşteyn komandası ilə oyunda 2:2 hesablı heç-heçə oynayıb, 2012-ci ildə isə Malta kollektivinə 2:3 hesabı ilə məğlub olub.
Həmçinin San Marino millisi üçün UEFA Millətlər Liqasında Lixtenşteyn komandası ilə oyunda qazanılmış bu qələbə, tarixdə ilk səfər qələbəsi olub.
Qeyd edək ki, San Marino yığma komandası UEFA Millətlər Liqasının D Liqasıınn 1-ci qrupunu 7 xalla zirvədə başa vuraraq, C Liqasına yüksəlib.