AZ

Yollarda tələsməyin:Sonu ya ölüm, ya da peşmanlıqdır- VİDEO

Sürücülərin törətdikləri müxtəlif qayda pozuntuları ağır nəticələrə səbəb ola bilir.

Avtosfer.az-ın məlumatına görə, bu barədə  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib. Görüntüdən aydın olduğu kimi, sürücü ən sıx rast gəlinən xətaları törədərək qəza şəraiti yaradır. Belə ki, o, el arasında “ara işləmək” kimi səslənən zolaqlar arası keçid edir, üstəlik yüksək sürətlə hərəkət edir. Təəssüf ki, bu qaydanı pozan sürücülər vaxtlarına qənaət etdiklərini düşünürlər. Bir qismi isə sadəcə “performans”larını kütlə ilə paylaşmaq üçün lentə alaraq sosial şəbəkələrdə paylaşırlar. 
Yolayrıcında işıqforu gözləmədən hərəkət edən sürücülər də kifayət qədərdir. Son zamanlar yolayrıcında baş vermiş qəzaların sayı artıb. Bir neçə saniyəyə səbri çatmayan sürücülər tələsərək yolayrıcına daxil olurlar və bu zaman qəza qaçılmaz olur. 

Videoda əks olunan digər kadrda isə piyadanın vurulması əks olunub. Diqqətsizlik, işıqfora əhəmiyyət verməmək, keçid olan ərazilərdə sürət həddini aşmaq piyadaların xəsarət alması, ən pis halda ölümüylə nəticələnir. Təbii ki, piyadaların məsuliyyətsizliyi və tələskənliyi də bəzən qəzaya səbəb olur. İstənilən halda sükan arxasında əyləşən sürücü diqqətli davranmalı və baş verə biləcək qəzadan sığortalanmaq üçün yol hərəkəti qaydalarına riayət etməlidir. Elə videoda da deyildiyi kimi, sürücülər yolda başqalarını da düşünməli, onların həyatını təhlükəyə atmamalıdırlar.

Nərmin

 

Seçilən
23
avtosfer.az

1Mənbələr