AZ

“Hakim məni “razborka”ya çağırdı” – Rauf Əliyev

style='margin-bottom:10px;'>

“Mənə cəza verilibsə, həmin hakimlərlə bağlı da ölçü götürülməlidir. AFFA buna nəzarət etməlidir”.

Bu sözləri QOL.az-a açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan “Qarabağ”ın U-15 komandasının baş məşqçisi Rauf Əliyev deyib.

Millimizin və “Qarabağ”ın keçmiş hücumçusu qeyd edib ki, matçın baş hakiminin futbolçularla davranışı onu özündən çıxarıb: “Hakimin futbolçularımızın üstünə qışqırırdı. Mən də dedim ki, bunlar uşaqdırlar, niyə qışqırırsan? Cavab verdi ki, mən kart vermirəm, sözümü belə deyirəm. İlk dəfədir ki, belə bir şey görürəm. Bu dialoqumuzdan sonra mənə ilk sarı vərəqəni göstərdi. Sonra meydançada uşaqlara deyib ki, indi görün məşqçinizə görə sizə nə edəcəm. Futbolçularımız bunu qaça-qaça gəlib mənə dedilər. Bundan sonra qərarları tam dəyişdi. Məni texniki zonadan kənarlaşdırdı. Bütün qərarları bizə qarşı oldu. Qapıçımıza qırmızı vərəqə verdi. Mən patlardəyişmə otağına gedərkən pis bir ifadə ilə çağırdı və soruşdu ki, bayaq nə deyirdin? Demək olar ki, hakim məni “razborka”ya çağırdı”. 

İntizam Komitəsinin Rauf Əliyevlə bağlı qərarında bildirilib ki, o, oyunboyu hakimin ünvanına təhqiramiz ifadələr səsləndirib. R.Əliyev isə belə bir şey baş vermədiyini bildirib: “Oyunun videogörüntüsü var, baxmaq olar. Mən durduğum yerdə niyə hakimə qarşı nəsə deyim? Sadəcə olaraq cəza vermək üçün protokola belə bir şeylər yazıb. Protokolu yazan hakimdir. Orda ürəyi necə istəyirsə elə də yazıb”.

Rauf Əliyev İntizam Komitəsinin verdiyi 5 oyunluq cəza ilə bağlı apellyasiya şikayəti verəcəyini də bildirib. 

Ramiq Ağaməmmədov

Seçilən
9
teleqraf.com

1Mənbələr