AZ

XİN rəhbəri: “İsrailin hücumuna cavab verməsək…”

“İsrailin addımına cavab verməsək, düşməni yenidən hücuma təşviq edəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı SEPAH komandirləri və əməkdaşları ilə görüşündə “Doğru Vəd-3” əməliyyatının icra müddəti ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, “Doğru Vəd-2” birinci kimi müdafiə əməliyyatı idi:

“Sionistlərin son hücumuna cavab veriləcək və biz reaksiya vermək hüququmuzdan əl çəkməmişik. Hücuma vaxtında və özümüzə uyğun gördüyümüz şəkildə cavab verəcəyik. Əgər biz İsrailə reaksiya verməsək, bu, düşməni daha çox hücuma sövq etdiyimiz anlamına gəlir”.

Məlik,
KONKRET.az

Seçilən
28
1
konkret.az

2Mənbələr