AZ

FAO: Aqrar sistemin maliyyələşdirilməsinə hər il 1,1 trilyon dollar investisiya tələb edilir

Orta ssenaridə qlobal aqro-ərzaq sistemləri 2024-cü ildən 2030-cu ilə qədər hər il 1,1 trilyon ABŞ dolları tələb edir.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “kənd təsərrüfatı sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda keçirilən tədbirdə FAO-nun hesabatında bildirilib.

Qeyd edilib ki, iqlim sərmayəsinin böyük hissəsi siyasət, milli büdcə dəstəyi, potensialın yaradılması və kənd təsərrüfatı alt sektorlarında tələb olunur.

Siyasət və milli büdcə dəstəyi və potensialın artırılması 467.5 mlrd dollar, kənd təsərrüfatı 317 mlrd. dollar, biomüxtəliflik, quru və dəniz ekosistemləri 100 mlrd. dollar, meşə təsərrüfatına 117 mlrd. dollar, qida sahəsinə 53 mlrd. dollar tələb olunur.

Seçilən
16
2
apa.az

3Mənbələr