AZ

Yeniyetmələr cinayət törətdikdə onları hansı cəza gözləyir? - Hakim AÇIQLADI

“Cinayət məsuliyyətinə cəlb edilmə üçün yaş həddi 16 yaş, lakin bəzi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmə üçün yaş həddi 14 yaş müəyyən edilib”. 

 

Bunu Modern.az-a açıqlamasında Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova məlumat verib. 

 

O qeyd edib ki, ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, materiallar həmin şəxslərin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədilə cinayət prosesini həyata keçirən orqan tərəfindən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.

 

Hakim bildirib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya zəruri olan digər sənədləri toplayır və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü haqqında məsələyə baxılması üçün məhkəmə qarşısında vəsatət qaldırır:

 

“Məhkəmə həmin şəxslərin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar qəbul edə bilər və ya şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən islah etmək imkanının olduğunu təsdiq edən hallar müəyyən edilərsə materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında qərar qəbul edə bilər. Belə bir müəssisə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Quba rayonunda yerləşən oğlanlar üçün nəzərdə tutulmuş internat məktəbi vardır ki, məhkəmə şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə qərar qəbul etdiyi hallarda həmin müəssisəyə yerləşdirilirlər”.

Seçilən
10
1
modern.az

2Mənbələr