AZ

Deputat xaricdə təhsil alan tələbələrə pul ayrılmasının əleyhinə çıxdı

Dövlətin xaricdə təhsil almaq üçün 9 min tələbə üçün büdcədən 570 milyon manat vəsaitin ayrılmasının əleyhinəyəm.

Ölkə.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlament komitələrində 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin effektiv işini ancaq tibb sahəsində görürəm. “Amma digər ixtisaslar üzrə təhsil alanların səmərəliliyini görməmişəm. Hesab edirəm ki, ancaq zəruri ixtisaslar üzrə təhsilə vəsait ayrılmalıdır”, - o qeyd edib.

Deputat əlavə edib ki, xaricdə təhsilə vəsait ayrımaqdansa, ölkədə ali təhsilə diqqət yetirilsə daha yaxşı olar.

O eyni zamanda bələdiyyələrə dotasiya ayrılmasına qarşı çıxıb: “Bələdiyyələrə dotasiyanın ayrılmasının əleyhinəyəm. Əgər bələdiyyə dotasiya alınacaqsa, onda bələdiyyə nəyə lazımdır. Bələdiyyələr özü maliyyə qazanmalıdır. Bunun üçün onlara səlahiyyət verilməlidir. Qanunvericilik bazası onlara pul qazanmağa imkan verir, amma bunu qazana bilmirlər. Səbəbi isə ondan ibarətdir ki, onların bilik və bacarığı yoxdur. Təklif edirəm ki, bələdiyyələrin özlərinin maliyyə qazanması ilə bağlı pilot layihələr həyata keçirilməlidir”.

Mürtəza
Ölkə.Az

Seçilən
13
2
olke.az

3Mənbələr