Bakı. Trend:
Bakının iqlim təşəbbüsü, "Harmoniya" beynəlxalq investisiyalarınvə əməkdaşlığın cəlb edilməsi üçün mühüm vasitə olacaq.
Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin ZeynalovCOP29 çərçivəsində keçirilən "Aqrar-ərzaq sisteminintransformasiyasının maliyyələşdirilməsi" mövzusunda panelmüzakirədə bildirib.
"Azərbaycan dayanıqlı kənd təsərrüfatını dəstəkləməkistiqamətində səylərimizi gücləndirmək üçün bu qlobal platformadantam istifadə etmək niyyətindədir. Fermerlər üçün nəzərdə tutulanBakının iqlim təşəbbüsü "Harmoniya" xüsusilə qadınlar və gənclərolmaqla, fermerlərə dayanıqlı kənd təsərrüfatı təcrübələrini tətbiqetmək üçün zəruri olan iqlim maliyyələşdirilməsinə, rəqəmsalalətlərə və biliklərə çıxış imkanı təqdim etməyə yönəlib.
Bu təşəbbüs iqlimə dayanıqlı kənd təsərrüfatını dəstəkləmək üçünimkanlarımızı genişləndirməyə imkan verəcək beynəlxalqinvestisiyaların və əməkdaşlığın cəlb edilməsində mühüm vasitəolacaq", - deyə E.Zeynalov vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.