AZ

Samir Şərifov: Bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir

Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: "Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik".

Seçilən
17
2
apa.az

10Mənbələr